İdman

Arda "Real"ın məşqinə davam gətirmədi - Klubdan göndərilir?

27 Sentyabr 2023 19:12
Baxış: 2 704
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Real Madrid"in futbolçusu Arda Gülerin ikinci dəfə zədələnməsindən sonra İspaniya mətbuatı futbolçu ilə bağlı diqqətçəkən iddia irəli sürüb.

Milli.Az mətbuat.az-a istinadən xəbər verir ki, Arda Gülerin yüksək tempə hələ hazır olmadığı və buna görə də yüksək fiziki məşqlərə hazır olmadığı bildirilir. "Relevo"nun məlumatına görə, baş məşqçi Karlo Ançelotti Ardanın oynamasına icazə verdikdən sonra o zədələnib. "Mundo Deportivo" qəzetinin məlumatına görə, Arda bir ay yaşıl meydanlardan uzaq qala bilər.

Qeyd edək ki, Arda Gülerin arxa əzələsindən zədə aldığı bildirilir. O, bundan əvvəl zədələndiyi üçün hələki əsas heyətdə yer almayıb. O məşqlərə yeni qoşulmuşdu.

Klub rəhbərliyi onun icarə əsasında başqa kluba göndərilməsini irəli sürsə də, Ançelotti qarşı çıxmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.