İdman

Kriştianu Ronaldu "Yuventus"u məhkəməyə verib

16 Sentyabr 2023 22:53
Baxış: 1 534
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldu "Yuventus"u məhkəməyə verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu keçmiş komandasını ona maaş verməməkdə ittiham edib.

Bildirilib ki, koronavirus pandemiyası zamanı qarşılıqlı razılaşma əsasında futbolçunun maaşı dondurulmuşdur.

İndi Ronaldu ona çatacaq 19 milyon 900 min avro məbləği tələb edir.

Ronaldo 2018-2021-ci illərdə "Yuventus"da çıxış edib.

Komandada o, iki dəfə İtaliya çempionu və ölkə kubokunun qalibi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.