İdman

Millimiz İordaniyanı məğlub etdi

12 Sentyabr 2023 22:22
Baxış: 1 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

Milli.Az report-a istinadən xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakıda İordaniya yığması ilə üz-üzə gəlib.

"Dalğa Arena"dakı qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə yekunlaşıb - 2:1.

45+1-ci dəqiqədə Emin Mahmudov penaltidən fərqlənərək hesabı açıb. 57-ci dəqiqədə rəqibin heyətində Nizar Əl Raşdan tarazlığı bərpa edib. 79-cu dəqiqədə Renat Dadaşov qələbə qolunun müəllifi olub.

Qeyd edək ki, Azərbaycan millisi üç gün əvvəl AVRO-2024-ün seçmə mərhələsində eyni arenada Belçikaya 0:1 hesabı ilə uduzub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.