İdman

Sabiq futbolçusu "Sabah" klubunu məhkəməyə verdi - BORC MƏSƏLƏSİ

15 Avqust 2023 19:30
Baxış: 859
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sabah" futbol klubu məhkəməyə verilib.

Milli.Az lent.az-a istinadən bildirir ki, klubla bağlı futbolçu Elşən Abdullayev Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb. İddia müqavilələrdən əmələ gələn öhdəliklər üzə mübahisələrlə bağlıdır.

Belə ki, E. Abdullayev "Sabah" futbol klubu ilə xidməti müqavilə imzalayıb. Ancaq klub bu müqavilə üzrə futbolçuya borclu qalıb.

Qeyd edək ki, E. Abdullayev 2018-2021-ci illərdə adı çəkilən klubda oynayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.