İdman

"Real" "Liverpul"la anlaşdı?

28 İyun 2023 17:53
Baxış: 1 638
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real Madrid"in futbolçusu Federiko Valverde karyerasını İngiltərədə davam etdirə bilər. 

Milli.Az Fanat.az-a istinadən xəbər verir ki, uruqvaylı yarımmüdafiəçini "Liverpul" heyətinə cəlb etmək niyyətindədir.

Bir müddət öncə Valverde üçün 70 milyon təklif edən "mersisaydlılar" məbləği 20 milyon artıraraq 90 milyon avro ödəməyə hazırdır. Bu səbəbdən kral klubu keçidə razılıq verir. Lakin Federiko Valverdenin özünün bu transferə razı olub-olmayacağı hələ sual altındadır. 

Qeyd edək ki, Uruqvay millisinin 24 yaşlı üzvü 2016-ci ildən "Real Madrid"də çıxış edir. 126 oyunda meydana çıxan futbolçu 12 qola imza atıb. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.