İdman

Edin Dzeko “Neftçi”nin qatılacağı turnirdə iştirakdan imtina edib

28 İyun 2023 16:42
Baxış: 1 201
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Fənərbağça" klubunun yeni transferi Edin Dzeko "Neftçi"nin də qatılacağı Sankt-Peterburqdakı "PARI Premyer" turnirində iştirakdan imtina edib.

Milli.Az "Report"a istinadən bildirir ki, bosniya və herseqovinalı hücumçu buna səbəb kimi, Rusiyanın Ukraynaya etdiyi hərbi hücumunu göstərib.

Ukraynanı dəstəklədiyini bildirən 37 yaşlı forvard "Srvena Zvezda" (Serbiya), "Zenit" (Rusiya) və "Neftçi" ilə görüşlərdə komandasının heyətində yer almayacaq.

2022-ci ilin noyabrında Bosniya və Herseqovina millisi Rusiya yığması ilə yoldaşlıq görüşü keçirməyi planlaşdırsa da, Dzeko başda olmaqla, bir neçə oyunçunun imtinası səbəbindən oyun baş tutmamışdı.

Qeyd edək ki, "Fənərbağça" ilə "Neftçi" arasında qarşılaşma iyulun 15-də keçiriləcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.