İdman

“Qarabağ”ın növbəti potensial rəqibləri açıqlandı

21 İyun 2023 12:27
Baxış: 1 124
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 3 olub.

Milli.Az matc.az-a istinadən bildirir ki, UEFA püşkdən əvvəl komandaları qruplaşdırıb.

Azərbaycan çempionu I raundda Cəbəllütariq çempionu "Linkoln"u üstələməyi bacarsa, növbəti mərhələdə "Jalgiris" (Litva) - "Struqa" (Şimali Makedoniya), "Rakuv" (Polşa) - "Flora" (Estoniya) və ya "Olimpiya" (Sloveniya) - "Valmiera" (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.
 
Qeyd edək ki, püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. II təsnifat mərhələsinin oyunları 25-26 iyul, cavab matçları 1-2 avqustda keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.