İdman

Premyer Liqa: "Neftçi"dən əzmkar qələbə

21 May 2023 20:38
Baxış: 1 240
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Misli Premyer Liqasında XXXV tura start verilib.

Milli.Az matç.az-a istinadən xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

"Kəpəz" Qəbələdə "Neftçi"ni qəbul edub. "Neftçi" üçün matçın nəticəsi ciddi nəyisə dəyişməyəcəkdi. Amma Gəncə təmsilçisinə elitada qalmaq üçün bu oyundan xal və xallarla ayrılmaq vacib idi. Hesabı məhz "Kəpəz"in açmasına baxmayaraq, qarşılaşma qonaqların əzmkar qələbəsiylə yekunlaşıb.

Turun qalan dörd oyunu ("Turan Tovuz" - "Səbail", "Şamaxı" - "Qəbələ", "Sabah" - "Zirə", "Qarabağ" - "Sumqayıt") sabah keçiriləcək.

Misli Premyer Liqası
XXXV tur
21 may

"Kəpəz" - "Neftçi" 1:3
Qol: Abdullahi Şuaybu, 45+3 - Ataa Caber, 64. Ömər Buludov, 87. Kilan Lebon, 90+4.
Hakimlər: Kamran Əliyev, Akif Əmrəli, Eyyub İbrahimov, Emin Əliyev.
Qəbələ şəhər stadionu, 18:00.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.