İdman

"Neftçi" - "Şamaxı" oyununda iki qol vuruldu

14 May 2023 22:30
Baxış: 1 087
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Premyer Liqasında XXXIV turun oyunları keçirilir.

Milli.Az matc.az-a istinadən bildirir ki, bu gün daha bir görüş baş tutub.

"Neftçi" doğma meydanda "Şamaxı" ilə üz-üzə gəlib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Turun əvvəlki oyunlarında "Zirə" "Kəpəz"lə "sülh bağlayıb (1:1), "Qəbələ" "Turan Tovuz"a (1:2), "Səbail" isə "Qarabağ"a uduzub (0:3). Tura mayın 17-də keçiriləcək "Sumqayıt" - "Sabah" oyunu ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
XXXIV tur
14 may

"Neftçi" - "Şamaxı" 1:1
Qol: Emin Mahmudov, 12-pen - Amil Yunanov, 56-pen.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Cəmil Quliyev, Rauf Cabarov.
"Bakcell Arena", 20:30.

Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 2. Mert Çelik, 10. Sezar Meza Kolli, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 22. Kilan Lebon, 9. Mateus Saldanya.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 26. Ömər Buludov, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 84. Hüseyn Babayev, 41. Samir Həsənov, 91. Ağadadaş Salyanski, 92. Ömər Qurbanov, 23. Ataa Caber, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Laurentsiu Regekampf.
Şamaxı: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 9. Amil Yunanov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 18. Cəlal Hüseynov, 80. Zahid Mərdanov, 29. Ramin Əhmədov.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Sahib Həsənov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 90. Əli Səmədov, 15. Emin Zamanov, 2. Rauf Hüseynli, 4. Arsen Ağcabəyov, 21. Qurban Səfərov, 97. Tapdıq Əhmədov, 23. Rövşən Şahmuradov.
Baş məşqçi: Vüqar Əsgərli.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.