İdman

Xavyer Tebas ÇL-nin formatının dəyişdirilməsini təklif etdi

2 May 2023 21:00
Baxış: 861
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

La Liqanın prezidenti Çempionlar Liqasının formatının dəyişdirilməsini təklif edib
İspaniya La Liqasının prezidenti Xavyer Tebas UEFA Çempionlar Liqasının formatının dəyişdirilməsini təklif edib.

Milli.Az report-a istinadən xəbər verir ki, qurum rəhbəri 2024-cü ildən təşkil ediləcək yeni formatın uğursuz olacağını düşünür.

Onun fikrincə, UEFA ölkə çempionlarının iştirakı ilə fərqli model üzərində çalışmalıdır: "Mən La Liqanı təmsil edirəm, amma İspaniya çempionatında 4-cü yeri tutan komanda Çempionlar Liqasını gücləndirmir".

Tebas əlavə edib ki, avrokuboklarda çıxış edən klubların gəliri yüksək olduğundan, onlar öz ölkələrindəki digər komandalardan çox fərqlənirlər: "2016-cı ildə yüksək liqaların klublarına Çempionlar Liqasında daha çox yerin verilməsi qərarını yanlış hesab edirəm. Şəxsən mən, La Liqa da daxil olmaqla, "böyük beşlik" ölkələrində dörd klubun Çempionlar Liqasında iştirakına qarşıyam".

Qeyd edək ki, İspaniya La Liqasında sona 6 tur qalmış "Barselona", "Real Madrid", "Atletiko" və "Real Sosyedad" Çempionlar Liqasına vəsiqə verən ilk dörd yerdə qərarlaşıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.