Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura start verilib.
Milli.Az "Report"a istinadən xəbər verir ki, günün ilk qarşılaşmasında "Kəpəz" Qəbələdə "Sumqayıt"ı qəbul edib.
Oyunun taleyini bir qol həll edib. Qarşılaşmanın 64-cü dəqiqəsində Vüsal İsgəndərlinin vurduğu qol "Sumqayıt"a minimalhesablı qələbə qazandırıb.
Bu nəticə ilə xallarının sayını 28-ə yüksəldən "Sumqayıt" 8-ci pillədəki yerini möhkəmlədib. "Kəpəz" isə 29 xalla 7-cidir.
Qeyd edək ki, günün ikinci matçında "Sabah" öz meydanında "Şamaxı"nı qəbul edəcək.
Milli.Az