İdman

Millimiz beynəlxalq turnirdə gümüş medal qazandı

29 Aprel 2023 12:58
Baxış: 570
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın stolüstü tennis üzrə U-13 millisi "Europe youth series" turnirində gümüş medal qazanıb.

Federasiyadan verilən məlumata görə, Avropa Stolüstü Tennis İttifaqının Xorvatiyanın Osiyek şəhərində təşkil etdiyi yarışın qrup mərhələsində Yunanıstan, Portuqaliya və Xorvatiya seçmələrinə qalib gələn komanda 1/4 finalda Sloveniya millisini 5:1, yarımfinalda ev sahiblərini 5:0 hesabı ilə üstələyib.

Finalda isə Çexiya yığmasına 1:5 hesabı ilə uduzan kollektiv fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.

Üçüncü yeri Belçika və Xorvatiya komandaları tutublar.

Qeyd edək ki, Osiyek sınaqlarında məşqçilər Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi ilə Yağmur Məmmədli, Xədicə Eylazova, Onur Quluzadə və Tunar Bağırov mübarizə aparıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.