İdman

Konfrans Liqasında ilk yarımfinalçı bəlli olub

20 Aprel 2023 23:05
Baxış: 1 199
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Konfrans Liqasında ilk yarımfinalçı bəlli olub.

Milli.Az "report"a istinadən bildirir ki, 1/4 finalın cavab oyununda "Fiorentina" İtaliyada Polşa "Lex"inə 2:3 hesabı ilə uduzsa da, adını növbəti raunda yazdırıb.

Florensiya təmsilçisi səfərdəki ilk matçda Poznan klubuna qalib gəlmişdi - 4:1.

Bu qarşılaşma ilə eyni saatda başlayan "AZ Alkmaar" (Niderland) - "Anderlext" (Belçika) görüşündə isə əlavə vaxt oynanılacaq. Buna səbəb ümumi hesabın bərabər olmasıdır.

UEFA Konfrans Liqası
1/4 final
20 aprel

20:45. "Fiorentina" (İtaliya) - "Lex" (Polşa) - 2:3
Qollar: Rikkardo Sottil, 78. Qaetano Kastrovilli, 90+2 - Afonsu Souza, 9. Kristoffer Velde, 64 (penalti), Artur Sobex, 69
İlk oyun - 4:1

20:45. "AZ Alkmaar" (Niderland) - "Anderlext" (Belçika) - 2:0 (ƏLAVƏ VAXT)
Qollar: Vangelis Pavlidis, 5 (penalti); 13
İlk oyun - 0:2

Qeyd edək ki, 1/4 finalın digər 2 oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.