İdman

Geyiminə görə Qətərdə etirazlara səbəb olan qız Bakıya gəlir

19 Aprel 2023 18:00
Baxış: 1 510
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2016-cı ildə Xorvatiya gözəli seçilən İvana Knoll Azərbaycana gəlir. 

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə o, instaqramda məlumat verib.  Model qeyd edib ki, 28-30 aprel 2023-cü il tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisində yer alacaq. 

İ. Knoll paylaşdığı videoda Formula 1-in böyük pərəstişkarı olduğu üçün çox həyəcanlı olduğunu deyir: "Bunu qaçırmaq mümkün deyil. Mənə qoşulun, tezliklə görüşərik".

Qeyd edək ki, xorvatiyalı modelin Instagram səhifəsinə 3,4 milyondan çox izləyicisi var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.