İdman

“Sabah” ilk dəfə avrokuboklara vəsiqə qazandı

2 Aprel 2023 20:41
Baxış: 1 406
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Premyer Liqasının 28-ci turunda bu gün "Qəbələ"yə qalib gələn (3:2) "Sabah" avrokuboklara vəsiqə qazanıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, 2-ci pillədə olan Murad Musayevin komandası sona 8 tur qalmış 4-cü pillədə qərarlaşan "Zirə"ni 27 xal qabaqlayaraq bu hüququ əldə edib. Hazırda "Sabah"ın 65, "Zirə"nin isə 38 xalı var.

"Sabah" tarixində ilk dəfədir avrokuboklara vəsiqə qazanıb.

Qeyd edək ki, daha əvvəl lider "Qarabağ" da avrokuboklarda iştirak hüququ əldə etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.