İdman

Qvardiola hansı məşhur aktrisanı kumiri adlandırdı?

15 Mart 2023 23:18
Baxış: 1 152
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Leypsiq"i məğlub etdikdən (7:0, 8:1 ümumi hesab) sonra ictimaiyyətin onu necə qəbul etməsindən danışıb.

"Çempionlar Liqasında uğursuzam. Ardıcıl üç dəfə Çempionlar Liqasını qazansam, yenə də belə olacam.

Culiya Roberts (ispaniyalı onu öz kumiri adlandırırıb) bir müddət əvvəl Mançesterə gəlmişdi.

O, bizim "Mançester Yunayted"dən daha yaxşı olduğumuz bir vaxtda gəldi. 90-cı illərdə ser Aleksin bir çox titullar qazandığı zaman deyil. Amma o, yenə də bizə deyil, "Mançester Yunayted"ə baş çəkməyə getdi", - Milli.Az lent.az-a istinadən bildirir ki, Qvardiola vurğulayıb.

Martın 14-də "Leypsiq"lə oyunda Erlin Haaland "şəhərlilər"in heyətində penta-trik edib.

Premyer Liqada Qvardiolanın komandası 27 turda 61 xal toplayıb və turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. "Arsenal"dan 5 xal geri qalır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.