"Flamenqo"nun 18 yaşlı yarımmüdafiəçisi Mateus Fransa Avropada xeyli məşhurlaşıb.
Milli.Az fanat.Az-a istinadən xəbər verir ki, "Arsenal", "Mançester Siti" və "Nyukasl" kimi klublar braziliyalı "vunderkind"ə maraq göstərirlər.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Ancaq "Flamenqo" Mateusu heyətində saxla üçün gənc futbolçuya 200 milyon avro qiymət biçib. Romano qeyd edir ki, bu məbləğ elçi düşənlərin fikrini dəyişməsinə səbəb olacaq.
Milli.Az