İdman

Futbolçu azarkeşlə əlbəyaxa oldu: çempionat oyunu təxirə salındı

15 Fevral 2023 20:40
Baxış: 1 242
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kolumbiya çempionatının IV turunun "Deportes Tolima" - "Millonarios" oyunundan əvvəl qonaqların futbolçusu Daniel Katanyo ilə ev sahiblərinin azarkeşi arasında dava düşüb.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu hadisə matçın təxirə salınmasına səbəb olub. Tribunadan meydançaya düşən fanat oyunçunu arxadan vuraraq qaçıb. Əsəblərinə hakim ola bilməyən Katanyo da onun arxasınca qaçaraq, qarşılıq verib.

"Millonarios" təhlükəsizliyin təmin olunmadığını əsas gətirərək, matça çıxmaqdan imtina edib. "Deportes Tolima" isə həmin azarkeşin artıq saxlanıldığını və layiqli cəzasını alacağını açıqlayıb.

Qeyd edək ki, Daniel Katanyo "Millonarios"a 2022-ci ildə məhz "Deportes Tolima"dan keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.