İdman

Azərbaycan - Yunanıstan oyununa hakim təyinatları

11 Fevral 2023 19:49
Baxış: 528
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futzal üzrə millimizin DÇ-2024-ün əsas mərhələsində Yunanıstanla keçirəcəyi ev oyununa hakim təyinatları açıqlanıb.

Milli.Az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, oyunu Portuqaliyadan olan referilər idarə edəcəklər.

Eduardu Koelyu birinci, Kristianu Santus ikinci, Felipe Duarte üçüncü hakim kimi iş başında olacaq. Xorvatiyalı Edi Sunjiç hakim-inspektor kimi Bakıya səfər edəcək. Matçın UEFA nümayəndəsi Hyugen Kim Robin (Norveç) olacaq.

Martın 3-də Bakı İdman Sarayında keçiriləcək Azərbaycan - Yunanıstan oyunu saat 20:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.