İdman

Çempion "Land of Fire" Vətənə qayıtdı - VİDEO - FOTO

31 Yanvar 2023 10:12
Baxış: 1 309
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçrənin Sankt Moritz şəhərində qarüstü polo üzrə 38-ci dünya kubokunu qazanmış "Land of Fire" komandası yanvarın 31-də Vətənə qayıdıb.

Milli.Az bildirir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında təşkil olunmuş qarşılanma mərasimində Azərbaycan Atçılıq Federasiyasının nümayəndələri, idman ictimaiyyəti, media nümayəndələri və idmançıların yaxınları iştirak ediblər.

Tədbirdə "Land of Fire" polo komandasının kapitanı Elçin Camallı və komandanın üzvü Tərlan Qurbanəliyev jurnalistlərin suallarını cavablandırarkən əldə edilmiş qələbəni İran İslam Respublikasında səfirliyimizə qarşı törədilmiş xain terror aktının qarşısını alarkən qəhrəmancasına şəhid olmuş baş leytenant Əsgərov Orxan Rizvan oğlunun əziz xatirəsinə və bütün şəhidlərimizə həsr etdiklərini vurğuladılar.

Qeyd edək ki, yanvarın 26-da start götürmüş və 6 komandanın iştirak etdiyi nüfuzlu turnirdə ölkəmizi Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə layiqincə təmsil edən "Land of Fire" komandası keçirdiyi bütün görüşlərdə əzmkarlıq nümayiş etdirərək rəqiblərini məğlub etmiş və növbəti qələbələrini qazanaraq ikinci dəfə qarüstü polo üzrə dünya kubokunun sahibi olublar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.