İdman

"Real" titullardan doymur" - Ançelotti

14 Yanvar 2023 19:12
Baxış: 904
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real"ın baş məşqçisi Karlo Ançelotti komandanın futbolçularının hələ də qələbəyə ac olduğunu bildirib.

O, bu barədə sabah İspaniya Superkubokunun finalında "Barselona" ilə matçdan öncə danışıb. Ançelotti deyib:

"Real" oyunçuları qələbələrdən yorulub? Bu, doğru deyil. Söhbət titullardan heç vaxt doymayacaq futbolçulardan gedir. Onlar psixoloji cəhətdən çox güclüdürlər. "Real" ən yüksək tələbləri irəli sürdüyünüz klubdur. Heç bir şey oyunçulara işlərinin bitdiyini düşünməyə vadar etməyəcək".

Qeyd edək ki, "Real" Çempionlar Liqasının, Avropa Super Kubokunun, La Liqanın və Kral Kubokunun son qalibidir. Komanda sabah - yanvarın 15-də İspaniya Superkubokunun finalında "Barselona" ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.