İdman

PSJ Mbappenin real dəyərini açıqladı

17 Dekabr 2022 14:45
Baxış: 1 149
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSJ klubu hücumçu Kilian Mbappenin real dəyəri ilə bağlı qiymətləndirmə aparıb.

Bu barədə komandadakı mənbə məlumat verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Mbappenin real dəyəri 300-350 milyon avro təşkil edir.

"Real" Madrid Mbappeyə bizim təklif etdiyimizdən daha çox təklif edirdi. Və o, seçimini bizim xeyrimizə etdi. Bu çox şeydən xəbər verir. Kilian PSJ-də qalmağı seçdi və bunun səbəbi maddiyat deyil", - deyə komandadan bildirilib.

Oktyabrın 12-də bəzi klubların Mbappe ilə maraqlandığı məlum olub. Fransa yığmasının direktoru Antero Enrike onlara hücumçunun transferi üçün 400 milyon avro məbləğində vəsait verilə biləcəyini açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.