İdman

Həkimlər Peleyə bu diaqnozları qoydular

3 Dekabr 2022 13:42
Baxış: 891
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Həkimlər xəstəxanaya yerləşdirilən əfsanəvi futbolçu Peleyə diaqnoz qoyublar.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçuya ümumi bədən ödemi, o cümlədən ürək çatışmazlığı diaqnozları qoyulub.

Hazırda onun vəziyyəti stabildir.

Məlumata görə, onun səhhəti get-gedə yaxşılaşır. Pele müalicəsini davam etdirmək üçün yaxın günlərdə xəstəxanada qalacaq.

82 yaşlı Pele üç bədxassəli şişin (bağırsaq, qaraciyər və ağciyər) və sidik yolları infeksiyasının müalicəsi üçün iki dəfə xəstəxanaya yerləşdirilib.

Pele dünyada yeganə futbolçudur ki, kimi üç dəfə dünya çempionu olub (1958, 1962 və 1970-ci illərdə). Dörd dünya çempionatında iştirak edib. 1970-ci il dünya kubokunun ən yaxşı oyunçusu, 1958-ci il dünya kubokunun ən yaxşı gənc oyunçusu, 1973-cü il Cənubi Amerikada ilin futbolçusu adılarına layiq görülüb. İki dəfə dünya çempionatlarının simvolik komandalarının üzvü olub, qitələrarası kubokun və "Libertadores" kubokunun ikiqat, qitələrarası çempionlar super kubokunun, San-Paulu ştatının on qat çempionu, Santos tərkibində Rio Sao Paulo turnirinin dördqat qalibidir.

FİFA Futbol Komissiyasına görə, 20-ci əsrin ən yaxşı, qurumun rəsmi saytındakı səsvermədə Pele 20-ci əsrin ikinci ən yaxşı futbolçusudur. O, Beynəlxalq Olimpiya Komitəsinin 20-ci əsrin ən yaxşı idmançısıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.