İdman

"Ulduz futbolçularımız yoxdur, amma..." - Ekvador millisinin baş məşqçisi

26 Noyabr 2022 07:15
Baxış: 571
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Heyətimizdə Niderlanddakı kimi ulduz futbolçular yoxdur, lakin biz kifayət qədər cəsarətliyik və mübarizə aparmağı bacarırıq. Komanda əla fiziki formadadır. Bu gün çox ciddi rəqibə qarşı açıq oyun nümayiş etdirdik.1/8 final? Pley-offa yüksələ bilərik, ya da qrupda üçüncü yeri tuta bilərik. Bu, çalışdırdığım gözəl oyunçular haqqında fikrimi dəyişməyəcək".

Bu sözləri Ekvador millisinin baş məşqçisi Qustavo Alfaro DÇ-2022-nin qrup mərhələsinin 2-ci turunda Niderlandla heç-heçə etdikləri oyunu (1:1) şərh edərkən deyib.

"Valensiya kimi möhtəşəm liderimiz var, amma komandanın digər oyunçuları gəncdirlər və mundial təcrübələri yoxdur.  Bu görüşə özünəinamla hazırlaşmışdıq" - deyə o bildirib.

Mütəxəssis futbolçuları ilə qürur duyduğunu vurğulayıb: "Oyunçularıma Niderlanda hörmət etdiyimizi, ancaq matçın 90 dəqiqəlik mübarizə olduğunu söylədim. Futbolçular paltardəyişmə otağında ilk hissədə heç-heçə layiq olduqlarını və bunu meydanda da göstərmək istədiklərini dedilər. İkinci hissəyə bu düşüncə ilə çıxdıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.