İdman

“Red Bull”dan tarixi uğur

19 Noyabr 2022 21:21
Baxış: 594
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Red Bull" pilotu Maks Ferstappen Abu Dabi Qran Prisində hamıdan irəlidə başlayacaq. Onun komanda yoldaşı Serxio Peres isə ikinci sırada yer alacaq.

Pilotlar komanda tarixində 25-ci dəfə bazar günü yarışa birinci cərgədən start verəcəklər. Sonuncu dəfə belə bir nailiyyət "Red Bull" tərəfindən 2018-ci ildə əldə edilib. O zaman Daniel Rikkardo Meksika Qran Prisinə birinci, Verstappen isə ikinci yerdən başlayıb.

23 qoşa start isə "Red Bull" tərəfindən 2010-cu ildən 2013-cü il aralığında həyata keçirilib.

Bu göstərici üzrə "Red Bull" beşinci Formula 1 komandasıdır. Qoşa starta görə liderlər isə "Mercedes" (83), "Ferrari" (82), "McLaren" (63) və "Williams"dır (62).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.