İdman

Mundialın ən yaşlı və ən gənc oyunçuları məlum oldu

16 Noyabr 2022 18:30
Baxış: 1 108
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

FİFA 2022-ci ildə Qətərdə keçiriləcək Dünya Çempionatı üçün bütün milli komandaların heyətlərini təsdiqləyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qarşıdan gələn Dünya Çempionatının ən yaşlı oyunçusu Meksika millisinin hazırda 40 yaşı olan qapıçısı Alfredo Talavera olacaq.

Mundialın ən yaşlı futbolçuların ilk beşliyi aşağıdakı adlardan ibarətdir:

1. Alfredo Talavera - 40 yaş (18.09.1982), Meksika millisi;

2. Atiba Hatçinson - 39 yaş (02/08/1983), Kanada millisi;

3. Pepe - 39 yaş (26.08.1983), Portuqaliya millisi;

4. Kavaşima - 39 yaş (20.03.1983), Yaponiya millisi;

5. Dani Alveş - 39 yaş (05.06.1983), Braziliya millisi.

Yaşlılarla yanaşı, qarşıdan gələn Dünya Çempionatının ən gənc oyunçuları da bəlli olub. Siyahıya Almaniya millisindən Yusuf Mukoko başçılıq edir. O, 20 noyabr 2004-cü ildə anadan olub. 2022-ci il Dünya Çempionatının başladığı gün futbolçunun 18 yaşı tamam olacaq.

Həmçinin, siyahıda Avstraliya milli komandasının hücumçusu Qaranq Kuol (doğum tarixi - 15 sentyabr 2004-cü il) və İspaniya milli komandasının yarımmüdafiəçisi Qavi (6 avqust 2004-cü il) də yer alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.