İdman

“Kayserispor” - “Konyaspor” oyununda 3 qol vuruldu

13 Noyabr 2022 23:27
Baxış: 875
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Super Liqasında 14-cü turun oyunları keçirilib.

Milli.Az matc.az-a istinadən bildirir ki, bu gün daha 3 qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı "Fatih Karagümrük" - "Qaziantep" matçında qalib müəyyənləşməyib. "İstanbulspor" doğma meydanda "Hatayspor"a, "Kayserispor" isə "Konyaspor"a məğlub olub.

"Beşiktaş" - "Antalyaspor" matçı isə İstanbuldakı terror aktına görə təxirə salınıb.

14 turdan sonra 29 xala malik "Fənərbaxça" vahid liderdir. İkinci olan "Qalatasaray"ın 27 xalı varsa, "Adana Dəmirspor", "Konyaspor" və "Başakşəhər" 24 xal toplayıb. "Kayserispor"la "Trabzonspor"un 23, "Beşiktaş"ın 22 xalı var.

Türkiyə Super Liqası
14-cü tur
11 noyabr

Alanyaspor - Adana Dəmirspor 0:0

Ankaragücü - Trabzonspor 1:1
Qol: T.Cigerci, 74-pen - Bardi, 70.

12 noyabr

Sivasspor - Ümraniyəspor 2:2
Qol: Yatabare, 32. Njie, 59 - Avunu, 27. Mrşiç, 83-pen.

Fənərbaxça - Girəsunspor 1:2
Qol: Valensiya, 19-pen - Sayns, 71; 83.

Başakşəhər - Qalatasaray 0:7
Qol: K.Aktürkoğlu, 14; 59; 85. İkardi, 45-pen. Ndayişimiye, 45+4-öz qapısına. Mertens, 65. A.Bardakçı, 88.

13 noyabr

Fatih Karagümrük - Qaziantep 3:3
Qol: Baniya, 32; 52. Kuassi, 69 - E.Ersoy, 13. Fiqeyredo, 20. Mekrel, 65.

İstanbulspor - Hatayspor 0:1
Qol: El Kaabi, 24.

Kayserispor - Konyaspor 1:2
Qol: Hosseini, 8 - Kalvo, 9. Diuf, 22-pen.

Beşiktaş - Antalyaspor matçı təxirə salınıb

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.