İdman

Formula 1 çempionu 7 milyon dollar cərimələnib

29 Oktyabr 2022 13:36
Baxış: 928
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2022-ci ildə Konstruktorlar Kubokunun qalibi olan "Red Bull Racing" Beynəlxalq Avtomobil Federasiyası tərəfindən ağır cərimə olunub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, FİA-nın rəsmi saytının məlumatına görə, "Qırmızı öküz"lər 7 milyon dollar cərimələniblər.

Cəzaya səbəb büdcənin maksimal limiti 1,864 milyon funt-sterlinq aşmasıdır. Bu, ötən mövsüm üçün maksimum büdcə limitindən 1,6 faiz çoxdur.

Qeyd olunur ki, komanda vergi güzəştlərinin düzgün tətbiqi ilə belə lüzumsuz xərclərdən qaça bilərdi.

Xatırladaq ki, cari ildə "Red Bull Racing" 2013-cü ildən bəri ilk dəfə Konstruktorlar Kubokunun qalibi olub. Bu, Maks Ferstappenin ABŞ Qran Prisində qələbəsindən sonra baş verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.