İdman

"Onun əl işi görünürdü" - Rəşad Sadıqov

22 Oktyabr 2022 20:41
Baxış: 1 086
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Çətin səfər oldu".

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının XI turunda "Qəbələ"ni səfərdə 2:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

40 yaşlı mütəxəssis qarşılaşmanın ardından komandasının çıxışını dəyərləndirib: "Oyun planında yüksəlişdə olan komandaya qarşı oynayırdıq. Samir Abasovun əl işi görünürdü. Qola qədər hər şey bizim nəzarətimizdə idi, ardından bir az passivləşdik. 50-55-ci dəqiqədən sonra yenidən üstünlüyü ələ aldıq".

O, matçda ikinci qola imza atan Sertan Taşkının çıxışına da münasibət bildirib: "Bu gün Sertanı hücumda oynatdım. Onun hücum potensialı həmişə yaxşı olub. Bu il xüsusi inkişaf görünür. Hücum xəttini gücləndirməyə futbolçu yox idi, itkilərimiz var idi. Sertan ümidləri doğrultdu. Bəlkə növbəti matçlarda yenə onu hücumda oynatdıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.