İdman

"Nant"ın iki futbolçusu "Qarabağ"la oyunu buraxa bilər

22 Oktyabr 2022 15:20
Baxış: 1 071
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Nant"ın iki futbolçusu Fransada "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununu buraxa bilər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Antuan Kombuare mətbuat konfransında bildirib.

59 yaşlı mütəxəssis Şarl Traore və Fabionun zədəli durumda olduğunu söyləyib. Kombuare onların Liqa 1-in XII turunda "Nitsa" ilə səfər matçında iştirak etməyəcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, oktyabrın 23-də "Nitsa"nın qonağı olacaq "Nant" oktyabrın 27-də UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"ı qəbul edəcək. "Köhlən atlar" hazırda G qrupunda 7 xalla ikinci, Fransa təmsilçisi isə 3 xalla üçüncü pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.