İdman

“Olimpiakos”un futbolçusu “Qarabağ”a qarşı oynaya biləcək

5 Oktyabr 2022 22:22
Baxış: 819
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstann "Olimpiakos" klubunun Cənubi Koreyadan olan futbolçusu Hvan İy Co zədəsini sağaldıb.

Milli.Az matc.az-a istinadən bildirir ki, o, Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyunda meydana çıxa biləcək.

Bu barədə komandanın baş məşqçisi Miçel Qonsales matçdan öncə keçirilən mətbuat konfransında açıqlama verib. İspaniyalı mütəxəssis 30 yaşlı hücumçunun tam sağaldığını və sabahkı qarşılaşmada forma geyinəcəyini bildirib.
 
Sabah keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.