İdman

25 yaşlı boksçu döyüşdən sonra öldü

1 Oktyabr 2022 14:32
Baxış: 1 363
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kolumbiyalı boksçu Luis Kinyones döyüş zamanı aldığı xəsarətlərdən dünyasını dəyişib.

Milli.Az bildirir ki, bu barədə "The Sun" məlumat yayıb.

25 yaşlı Kinyonesin həmyerlisi Xose Munyosla döyüş zamanı halı pisləşib. O, xəstəxanaya aparılıb və beyin damarından trombun çıxarılması üçün əməliyyat olunub. Bundan sonra boksçu komaya salınıb və beş gün sonra Kinyonesin qardaşı onun öldüyü haqda məlumat verib.

Munyosvə Kolumbiya Boks Federasiyası idmançının ailəsinə başsağlığı verib. Peşəkar karyerasında o, 11 döyüş keçirib, bir məğlubiyyət alıb və altısı nokaut olmaqla on qələbə qazanıb.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.