İdman

Azərbaycan klubları avrokubokda 600-cü qolu buraxıb

9 Sentyabr 2022 15:15
Baxış: 633
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan klubları avrokuboklar tarixində 600-cü qolu buraxıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bu xoşagəlməz yubiley Avropa Liqasının "Frayburq" - "Qarabağ" matçına təsadüf edib.

2:1 hesablı qələbə qazanan Almaniya təmsilçisinin ikinci qolunun müəllifi Ritsu Doan Azərbaycan komandalarını 600-cü dəfə topu tordan çıxarmağa məcbur edib. Klublarımız bu rəqəmə 407-ci qarşılaşmada çatıb. Futbolçularımız indiyədək buraxılan 600 qola 402 dəfə cavab verə bilib.

Qeyd edək ki, Azərbaycan komandalarının avrokuboklarda buraxdığı ilk qolun müəllifi türkiyəli Bülənt Uyğun olub. O, 1994-cü il avqustun 9-da keçirilən "Fənərbağça" - "Turan" görüşünün (5:0) 16-cı dəqiqəsində hesabı açıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.