İdman

"Qarabağ"ın rəqibi Marselonu transfer etdi

3 Sentyabr 2022 08:14
Baxış: 780
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan "Olimpiakos"u  "Real"ın sabiq müdafiəçisi Marselonu transfer edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, 34 yaşlı Marselo 15 ildən çox "Real"da çıxış edib. Bu müddət ərzində o, 544 matçda iştirak edib, 37 qol vurub və 103 qolun ötürməsini verib. Braziliyalı müdafiəçi Madrid təmsilçisi ilə 25 kubok, o cümlədən 5 Çempionlar Liqası kubokunu qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.