İdman

Manenin pivədən imtinası sosial mediada gündəm oldu - FOTO

30 Avqust 2022 16:10
Baxış: 1 319
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Münhen "Bavariya"sının futbolçuları bölgənin ənənəvi geyimində və əllərində pivə ilə şəkil çəkdiriblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, kadrlar klubun sosial şəbəkə hesablarında yayılıb.

Qeyd edək ki, belə fotolar hər il çəkilir. Lakin bu dəfə komandanın yeni üzvü Sadio Mane diqqət mərkəzinə düşüb. Münhen klubunun ulduz transferi müsəlman olduğu üçün əlində pivə olmadan şəkil çəkdirib.

Həmçinin, klubun daha bir yeni üzvü, müdafiəçi Nussayr Mazraui də müsəlmandır.

Qeyd edək ki, "Bavariya"da bənzər hallar əvvəllər də olub.

Məsələn, hələ 2006-cı ildə İslamı qəbul edən Frank Riberi əlində pivə olmadan fotolar çəkdirib.

Yeri gəlmişkən, "Bavariya"nın açıqlamasında oyunçuların əllərindəki pivənin spirtsiz olduğu vurğulanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.