İdman

"Söz verirəm ki, hər şey yaxşı olacaq" - Kamran İbrahimov

20 Avqust 2022 19:18
Baxış: 598
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Səbrli olmaq lazımdır, komanda elitaya yeni yüksəlib. Getdikcə hər şey yoluna düşəcək, nəticələr də olacaq".

Bu sözləri "Kəpəz"in qapıçısı Kamran İbrahimov klubun mətbuat xidmətinə açıqlamasında deyib. Qolkiper arzulanan nəticələri qazanmaq üçün komandanın azarkeşlərindən vaxt istəyib: "Təqvimə əsasən ardıcıl üç oyun avrokuboklarda oynamış komandalara qarşı çıxış etməliyik. Əlbəttə, bizim üçün çətindir. 1-2 oyundan sonra nəyəsə qərar vermək olmur. "Neftçi" ilə görüşdə azarkeşlərin təzyiqini hiss etdim. Gələcək matçlarda yenə bizim yanımızda olsunlar, dəstək versinlər. Bunu onlardan xahiş edirəm. Söz verirəm ki, hər şey yaxşı olacaq".

Kamran Premyer Liqanın 2-ci turunda "Neftçi" ilə oyunun nəticəsinə (2:5) də toxunub: "Görüşün ağır keçəcəyini bilirdik. Amma nəticənin belə olacağını gözləmirdik. Qarşılaşmaya da yaxşı köklənmişdik, problem yox idi. Sadəcə, alınmadı. Nə etdiksə, nəticəsi olmadı".

23 yaşlı qapıçı çıxışı barədə də danışıb. O, düşdüyü durumu bəxtsizliklə bağlayıb: "Futbolda belə bir şey var ki, deyirlər "sənin günün deyildi, nə etsən də, alınmayacaq". Düz deyirlər, hazırlığımda, motivasiyamda hər hansı bir problem görmürdüm. Oyunun qırılma nöqtəsi qısa vaxtda buraxılan 3 qol oldu. Qollardan sonra toparlana bilmədik. Əvəzedilməyi istəmədim, çünki meydanda qalıb komandaya kömək etməyi düşünürdüm. Əsas heyətdəki yerimi itirib-itirmədiyimi "Qəbələ"yə qarşı görüşdə görəcəyik".

Qeyd edək ki, Kamran bu il iyunun 22-də "Kəpəz"lə 1 illik müqavilə imzalayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.