İdman

Çexiyada "Qarabağ" azarkeşləri üçün 627 bilet ayrılıb

20 Avqust 2022 12:45
0 Şərh     Baxış: 831
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın Plzen şəhərində "Viktoriya"ya qarşı keçirəcəyi cavab matçında azərbaycanlı azarkeşlər üçün sektor ayrılıb.

Klubun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin "Report"a verdiyi məlumata görə, bunun üçün 627 bilet satışa çıxarılacaq.

Həmin biletlər "Dusan Arena"nın U12 və U13 sektorları üçün nəzərdə tutulub. Biletlərin qiyməti 25 avrodur. Həmin biletlərin satışı yalnız oyun günü - avqustun 23-də həyata keçiriləcək.

Xatırladaq ki, çexiyalı azarkeşlərin gələ bilməməsi səbəbindən tərəflərin Bakıda keçirilmiş ilk matçında "Viktoriya" tərəfdarlarsız oynamalı olmuşdu. "Qarabağ" isə Çexiya çempionunun razılığına əsasən, qonaq komanda azarkeşləri üçün nəzərdə tutulmuş 2500 bileti satışa çıxarmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.