İdman

Azərbaycanın kişi voleybol millisi İslamiadada yarımfinala yüksəlib

13 Avqust 2022 20:00
0 Şərh     Baxış: 601
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Voleybol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qrup mərhələsinin son oyununa çıxıb.

Milli.Az "Report"a istinadən bildirir ki, rəqib Mərakeş yığması olub. Gərgin mübarizə şəraitində keçən qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb - 3:1.

Qarşılaşmanın ilk setindən 25:20 hesabı ilə ayrılan Pərviz Səmədovun baş məşqçi olduğu kollektiv növbəti seti məğlub tərk edib - 22:25. Gərgin mübarizə şəraitində keçən üçüncü setdə Azərbaycan millisi 28:26 hesabı ilə üstün olub. Dördüncü setdə isə Mərakeş yığması daha açıq fərqlə yenilib - 19:25.

Beləliklə, qrupu 6 xalla 1-ci pillədə tamamlayan Azərbaycan millisi yarımfinala yüksəlib. Mərakeş isə 5 xalla 2-ci olub.

Qeyd edək ki, Azərbaycan millisi əvvəlki görüşlərində Sudana 3:0 hesabı ilə qalib gəlib və eyni hesabla Kameruna uduzub. Mərakeş isə Sudanı 3:0, Kamerunu 3:2 hesabı ilə yenib. Daha bir qarşılaşmada Kamerun Sudanı məğlub edib - 3:0.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.