İdman

Konfrans Liqası: “Volfsberger” və “Viborq” pley-offda

10 Avqust 2022 08:40
0 Şərh     Baxış: 1 111
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları start götürüb.

Milli.Az matc.az-a istinadən bildirir ki, ilk gündə iki oyun keçirilib.

Malta və Farer adaları təmsilçiləri rəqiblərini doğma arenada qəbul edib. "Volfsberger"lə "Viborq" səfərdə qazandıqları qələbə sayəsində növbəti mərhələyə vəsiqəni təmin ediblər.

Mərhələnin digər qarşılaşmaları avqustun 10-11-də keçiriləcək.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları
9 avqust

Qzira Yunayted (Malta) - Volfsberger (Avstriya) 0:4
İlk oyun - 0:0

B36 Torshavn (Farer adaları) - Viborq (Danimarka) 1:2
İlk oyun - 0:3

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.