İdman

Levandovskidən vida paylaşımı

17 İyul 2022 13:52
0 Şərh     Baxış: 1 303
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bavariya"dan "Barselona"ya keçdiyi açıqlanan Robert Levandovski Münhen klubu və azarkeşlərlə vidalaşıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, polşalı forvard öz sosial şəbəkə hesablarında etdiyi paylaşımda yazıb:

"Komanda yoldaşlarıma, bütün heyətə və "Bavariya" rəhbərliyinə təşəkkür etmək istəyirəm. Çox sağ olun! Bizi dəstəkləyən və bir çox titullar qazanmağımıza kömək edən hər kəsə də təşəkkür edirəm. Mən birlikdə əldə etdiyimiz hər şeylə fəxr edirəm. İlk növbədə, azarkeşlərə təşəkkür etmək istərdim - klubu bu yerlərə gətirən sizsiniz. Biz oyunçular yalnız bir anlıq buradayıq. Mənim üçün burada səkkiz gözəl il keçdi, onu əbədi olaraq ürəyimdə saxlayacağam".

Qeyd edək ki, Levandovski ötən gün Kataloniyaya gedib. "Bavariya" isə transfer üçün "Barselona" ilə razılaşdıqlarını açıqlayıb. La Liqa təmsilçisinin yaxın bir neçə gün ərzində 33 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalayacağı bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.