İdman

"Qarabağ" klubu dünya reytinqində daha 10 pillə irəliləyib

11 İyun 2022 13:00
0 Şərh     Baxış: 1 054
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, 300 komandanın yer aldığı siyahıda Azərbaycan təmsilçilərindən "Qarabağ" və "Neftçi" yer alıb.

Aktivində 141,5 xalı olan "köhlən atlar" ötən ayla müqayisədə 10 pillə irəliləyərək 89-cu yerə yüksəlib.

"Ağ-qaralar" isə 81 xalla 221-ci mövqedən 235-ci sırayadək geriləyib. "Neftçi" Zambiyanın "Zanako" və Meksikanın "CSYD Atlas" klubları ilə eyni xalı toplayıb.

İlk "3-lük"də 310 xalla "Palmeyras" (Braziliya), 291 xalla "Liverpul" (İngiltərə) və 287 xalla "Flamenqo" (Braziliya) qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.