İdman

Millimizin baş məşqçisini belə ələ saldılar - FOTO

11 İyun 2022 08:04
0 Şərh     Baxış: 829
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Azərbaycan millisinin Slovakiya yığmasına da uduzması baş məşqçi Canni de Byaziə qarşı olan tənqidləri bir qədər də artırıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu dəfə italiyalı mütəxəssisin işini veteran futbolçulardan İlqar Qurbanov tənqid edib.

O, məşqçinin işinə ironik yanaşaraq, feysbuk hesabında "B , A , Pro (məşqçilik dərəcələri - red) oxumaq fikrim var idi, belə başa düşürəm ki, C bəsdir" yazıb.

Statusun şərh bölməsində isə millinin sabiq futbolçusu Asif Məmmədov şəhr yazıb.

"Eminin (Mahmudov-red) yerinə Abbası buraxmaq üçün C də lazım deyil" - deyə "Qəbələ"nin yarımmüdafiəçisi bildirib.

Yığmanın sabiq yarımmüdafiəçisi Vaqif Cavadov isə posta "Biz nağıl danışırıq, futbolu bilmirik... adamlar bilir nə edir" şərhini yazıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.