İdman

Benzema mövsüm ərzində qol sayında Uqo Sançesə çatıb

3 May 2022 12:52
0 Şərh     Baxış: 970
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya "Real Madrid"inin futbolçusu Kərim Benzema komandanın sabiq hücumçusu Uqo Sançesə məxsus nailiyyəti təkrarlayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, fransalı forvard cari mövsüm bütün turnirlərdə 42 qol vurub. Bu isə Benzemanı klub tarixində belə bir göstəriciyə çatanlar arasında 5-ci edib.

40 qol həddini keçənlər siyahısında Kriştianu Ronaldu, Alfredo Di Stefano və Ferents Puşkaş da var.

"Real Madrid"in bu mövsüm daha bir neçə oyununun qaldığını nəzərə alsaq, Sançesi geridə qoymaq üçün hər cür şans var.

Qeyd edək ki, Kərim Benzemanın "Real Madrid"lə müqaviləsi 30 iyun 2023-cü ilədək nəzərdə tutulub. 35 yaşlı forvard paytaxt komandasında 11 ildir forma geyinir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.