İdman

Üzgüçülərimiz beynəlxalq turnirdə daha 2 medal qazandı

1 May 2022 10:15
0 Şərh     Baxış: 830
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan üzgüçüləri Çexiyanın Ostrava şəhərində keçirilən beynəlxalq turnirdə daha iki medal qazanıblar.

Milli.Az xəbər verir ki, yarışın ikinci günündə milli komandamızın üzvü Ramil Vəlizadə 200 metr məsafəyə batterflay üsulla üzgüçülük yarışlarında 2 dəqiqə 2,35 saniyə nəticə ilə gümüş medala sahib olub. Turnirdə 50 metr məsafəyə batterflay üsulla yarışda finala vəsiqə qazanan Məryəm Şeyxəlizadəxangah isə 27,91 saniyə nəticə ilə ilk üçlükdə yer alıb və sayca ikinci bürünc medalını qazanıb.

Hazırda Azərbaycan yığmasının hesabında 3 medal var.

Qeyd edək ki, yarış bu il Macarıstanda, həmçinin 2023-cü ildə Yaponiyada keçiriləcək dünya çempionatlarına lisenziya xarakteri daşıyır. Turnirdə ölkəmizlə yanaşı, İsveçrə, Ukrayna, Rumıniya, Polşa, Macarıstan, Xorvatiya, Çexiya və Gürcüstandan idmançılar güclərini sınayırlar.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.