İdman

"Mançester Yunayted"in yeni baş məşqçisi Ronaldunu komandada görmək istəmir

16 Aprel 2022 13:07
1 Şərh     Baxış: 1 079
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Portuqaliyalı millisinin futbolçusu Kriştianu Ronaldu cari mövsümün sonunda İngiltərənin "Mançester Yunayted" klubundan ayrıla bilər.

Milli.Az "Report"a istinadən xəbər verir ki, növbəti mövsümdən "qırmızı şeytanlar"ın baş məşqçisi olacaq Erik ten Haq 37 yaşlı hücumçunu komandasında görmək istəmir.

52 yaşlı niderlandlı mütəxəssis klub rəhbərliyi ilə danışıqlarda Ronaldunun planlarına daxil olmadığını və oyun tərzinə uyğun gəlmədiyini bildirib.

Qeyd edək ki, Kriştianu Ronaldu bu mövsüm İngiltərə Premyer Liqasında 25 oyunda 12 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.