İdman

Reklam şirkətlərinin ən çox maraq göstərdiyi futbolçu kimdir?

11 Aprel 2022 18:48
0 Şərh     Baxış: 889
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın parlamaqda olan yarımmüdafiəçisi Pedri Qonsalesin reklam holdinqlərinin siyahısında da son dərəcə populyar olduğu üzə çıxıb.

Belə ki, 2022-ci ilin təkcə üç ayında 19 yaşlı yarımmüdafiəçi sponsorlardan 80-ə qədər təklif alıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, diqqət çəkən digər məqam isə Pedriyə daha çox Çin və Yaponiyanın reklam şirkətlərinin maraq göstərməsidir.

Mənbə həmçinin yazır ki, Pedri təkcə sponsorla deyil, həm də azarkeşlər arasında məşhurdur.

Belə ki, hazırda "Barselona"nın ən çox satılan formaları Pedri və Qavinin formalarıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.