İdman

Avropa çempionluğu Rusiyadan alınıb Azərbaycana verildi

6 Aprel 2022 14:33
1 Şərh     Baxış: 2 288
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya Güləş Birliyi 2017-ci il Avropa çempionluğunu sərbəst güləş üzrə Rusiya millisindən alaraq, Azərbaycana verib.

Bu barədə Milli.Az-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, qərar bir müddət öncə verilib: "Rusiyanın 97 kq çəki dərəcəsində mübarizə aparan idmançısı Anzor Boltukayev dopinqə yaxalandığı üçün bu cür qərar verilib. Komandanın hesabından 9 xal silinib və çempionluq Azərbaycana verilib". 

Qeyd edək ki, Serbiyanın Novi Sad şəhərində keçirilən turnirdə komandanmızın baş məşqçisi Firdovsi Umudov olub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.