İdman

“Qalatasaray”dan gedəcək 6 futbolçu bəlli oldu

4 Aprel 2022 17:30
Baxış: 1 117
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mövsümün sonunda heyətində köklü islahatlar aparmağı planlaşdıran "Qalatasaray"ın ilkin "qara siyahısı" hazırdır.

Milli.Az apasport.az-a istinadən bildirir ki, artıq 6 futbolçunun yayda yola salınacağı, demək olar ki, dəqiqdir.

Bunlar qapıçı Fatih Öztürk, müdafiəçi Semih Kaya, yarımmüdafiəçilər Arda Turan, Sofian Fequli, Erik Pulqar və hücumçu Rayan Babeldir. Adıçəkilən oyunçulardan yalnız Pulqar "cim-bom"da icarə əsasında çıxış edir. Bu futbolçuların gedişi İstanbul klubunda maaş limitini də istənilən səviyyəyə gətirəcək. Baş məşqçi Domenek Torrenlə bağlı qərarı isə yeni seçiləcək prezident verəcək.

Qeyd edək ki, "Qalatasaray" Super Liqada 31 turdan sonra 41 xalla 13-cü pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.