İdman

Dünya çempionatında Rusiyanı bu ölkə əvəzlədi

19 Mart 2022 16:06
0 Şərh     Baxış: 1 205
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa və Avstriya yığmaları bu il Finlandiyada keçiriləcək hokkey üzrə dünya çempionatında Rusiya ilə Belarusu əvəzləyəcək.

Milli.Az "report"-a istinadən bildirir ki, Fransa Rusiyanın yerinə A qrupunda, Avstriya isə Belarusun yoxluğunda B qrupunda mübarizə aparacaq.

Fevralın 28-də IIHF Şurası Rusiyanın böyüklər, gənclər və yeniyetmələrdən ibarət yığmalarını dünya çempionatlarından uzaqlaşdırmağı, həmçinin, 2023-cü il gənclər arasında dünya çempionatını Rusiyadan digər ölkəyə keçirməyi qərara alıb. Qəbul olunmuş qərarlar Ukraynadakı situasiyanın həll olunacağı təqdirdə ləğv oluna bilər.

Qeyd edək ki, Finlandiyadakı dünya çempionatı 13 - 29 mayda Helsinki və Tampere şəhərlərində təşkil olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.