"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba Çempionlar Liqasının 1/8 finalında "Atletiko" ilə oyun zamanı evinin qarət edildiyini açıqlayıb.
Milli.Az xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkə hesabından paylaşım edib.
Onun sözlərinə görə, qarətçilər evdə olan zaman onun övladları yatrımış. Futbolçu bildirib ki, oğrular evdə olan bütün qiymətli əşyaları aparıblar.
Milli.Az